Xəzər Xəbər

Dünyanın 26 ölkəsi Türkiyənin COVID-19-la mübarizə təcrübəsini öyrənmək istəyir

Dünya | 21:20 • 7 Mart 2020
Dünyanın 26 ölkəsi Türkiyənin COVID-19-la mübarizə təcrübəsini öyrənmək istəyir

Türkiyədə müvəffəqiyyətlə həyata keçirilən yeni növ koronavirus (COVID-19) epidemiyası ilə mübarizə bir çox ölkə tərəfindən yaxından izlənir. Belə ki, dünyanın 26 ölkəsinin Səhiyyə nazirlikləri tərəfindən Türkiyənin xəstəliklə mübarizə təcrübəsinin öyrənilməsi ilə bağlı müraciət edilib.


Xezerxeber.az xəbər verir ki, bu çərçivədə ölkələr Türkiyənin Səhiyyə Nazirliyi və səfirliklər vasitəsilə məlumat və təcrübə mübadiləsinin aparılması məqsədilə əməkdaşlıq etməyi təklif ediblər.


Eyni zamanda, dünyanın yeddi ölkəsindən Türkiyədə hazırlanmış koronavirusun diaqnostikasında istifadə olunan yeni cihazın alınması ilə bağlı müraciət də gəlib.


Qeyd edək ki, hazırda dünyada istifadə edilən üsulla virus orqanizmdə 4-24 saat ərzində aşkarlanır. Lakin Türkiyədə hazırlanmış yeni üsul vasitəsilə nəticəni 90-120 dəqiqəyə əldə etmək mümkündür. Test 99.5 faiz doğru nəticə verir.

Xəbər lenti

Çox oxunanlar