Xəzər Xəbər

Nazarbayevlə Putin Rusiya-Türkiyə danışıqlarının nəticələrini müzakirə ediblər

Dünya | 16:25 • 7 Mart 2020
Nazarbayevlə Putin Rusiya-Türkiyə danışıqlarının nəticələrini müzakirə ediblər

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.


Xezerxeber.az TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın birinci prezidentinin mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, telefon danışığı zamanı ikitərəfli və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.


Tərəflər eyni zamanda Suriya üzrə Rusiya-Türkiyə danışıqlarının nəticələrini də müzakirə ediblər.

Xəbər lenti