Xəzər Xəbər

Koronavirusun olub-olmadığını 29 dəqiqəyə müəyyənləşdirən analiz dəsti hazırlayıblar

Dünya | 16:16 • 7 Mart 2020
Koronavirusun olub-olmadığını 29 dəqiqəyə müəyyənləşdirən analiz dəsti hazırlayıblar

Çin Dövlət Tibbi Məhsullar Administrasiyası yeni tip koronavirusu (COVID-19) 29 dəqiqəyə müəyyən edən analiz dəstini təsdiqləyib.


Siamen Universitetinin tədqiqat qrupunun hazırladığı analiz dəsti xəstəxanalarda koronavirusa yoluxma şübhəsi olan şəxslərin kliniki müayinəsi zamanı istifadə olunacaq. Koronavirusun episentri olan Uxan şəhərindəki xəstəxanalarda analiz dəstlərinin kliniki sınaqları aparılıb.


Qeyd edək ki, Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 80 min 814, bu virus səbəbindən ölənlər isə 3 min 73 nəfərə çatıb. Çin Dövlət Səhiyyə Komitəsinin məlumatına əsasən, indiyədək 55 min 481 nəfər sağalaraq xəstəxananı tərk edib. Hazırda Çin üzrə 5 min 489 xəstənin vəziyyəti kritikdir. Çindən başqa, 90-dan çox ölkədə 20 minə yaxın yoluxma, 360-dan yuxarı ölüm faktı qeydə alınıb. (AZƏRTAC)

Xəbər lenti