Xəzər Xəbər

Özbəkistan Səudiyyə Ərəbistanı ilə 2 milyard dollar dəyərində üç saziş imzalayıb

Dünya | 13:55 • 7 Mart 2020
Özbəkistan Səudiyyə Ərəbistanı ilə 2 milyard dollar dəyərində üç saziş imzalayıb

Özbəkistan Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power” şirkəti ilə ölkənin energetika sahəsinin inkişafı ilə bağlı 2 milyard dollar dəyərində üç saziş imzalayıb.


AZƏRTAC xəbər verir ki, sazişləri Özbəkistanın Energetika naziri Əlişir Sultanov və "ACWA Power” şirkətinin idarə heyətinin sədri Mohammad Abunayyan imzalayıblar. Sənədlərə əsasən, gücü 1500 MBt olan qazturbin elektrik stansiyasının və gücü 500-1000 MVt olan külək elektrik stansiyasının tikintisi, həmçinin bu sahə üçün tədris mərkəzinin açılması nəzərdə tutulur.

Xəbər lenti

Çox oxunanlar