Xəzər Xəbər

Tunisdə ABŞ səfirliyinə silahlı hücum edilib, ölən və yaralananlar var

Dünya | 13:24 • 7 Mart 2020
Tunisdə ABŞ səfirliyinə silahlı hücum edilib, ölən və yaralananlar var

Tunisdə motosikletlə hərəkət edən iki terrorçunun ABŞ səfirliyinin binasına əl qumbarası atması nəticəsində mühafizəçi polislərdən biri həlak olub, daha 7 nəfər yaralanıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.


AZƏRTAC xəbər verir ki, Tunis Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayışdan sonra səfirliyin binası qarşısında polislə atışma zamanı terrorçular öldürülüb, qanun keşikçilərindən beş nəfəri və mülki şəxslərdən ikisi ağır yaralanıb.


ABŞ səfirliyi "Twitter” vasitəsilə məlumat yayaraq, insanları diplomatik missiyanın binasından uzaq durmağa çağırıb.

Xəbər lenti

Çox oxunanlar