Xəzər Xəbər

Gürcüstanın baş infeksionistinin oğlu koronavirusa yoluxdu

Dünya | 11:25 • 7 Mart 2020
Gürcüstanın baş infeksionistinin oğlu koronavirusa yoluxdu

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş infeksionist Amiran Qamkrelidzenin oğlu Nikoloz Qamkrelidze koronavirusa yoluxub.


"Report”un yerli bürosu xəbər verir ki, bunu N.Qamkrelidze özü "Facebook” səhifəsində yazıb.


O, Tbilisidəki klinikların birinin Müşahidə Şurasının üzvüdür və İtaliyadan qayıdandan sonra koronavirusun təsdiq olunduğu həkimlərdən biri ilə ünsiyyətdə olub.


N.Qamkrelidze hazırda özünü yaxşı hiss etdiyini qeyd edib.


Bununla da Gürcüstanda koronavirus diaqnozunun qoyulduğu pasiyentlərin sayı 10-a çatıb.

Xəbər lenti

Çox oxunanlar