Xəzər Xəbər

Gürcüstanda məktəblilərin yaz tətilinin müddəti uzadıla bilər

Dünya | 10:39 • 7 Mart 2020
Gürcüstanda məktəblilərin yaz tətilinin müddəti uzadıla bilər

Gürcüstanda ehtiyac yaranarsa, məktəblilərin yaz tətilinin müddəti uzadıla bilər.


Xezerxeber.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze deyib. Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, Gürcüstan hökuməti də koronavirusla bağlı ciddi tədbirlər görür. Əgər hər hansı ciddi problem və ya kəskin ehtiyac yaranarsa, tətilin müddəti uzadılacaq.


Qeyd edək ki, Gürcüstan hökumətinin qərarı ilə məktəblilərin yaz tətili martın 2-də başlayıb (əvvəlki qanunvericiliyə görə, martın 9-da olmalı idi) və martın 16-da başa çatacaq.


Gürcüstanın uşaq bağçalarında da təlim-tədris prosesi dayandırılıb.


Həmçinin ölkənin ali təhsil ocaqlarında təhsil prosesi müvəqqəti dayandırılıb.

Gürcüstan parlamenti distant iş rejiminə keçmək niyyətindədir. Parlamentin sədri Arçil Talakvadze martın 6-da müvafiq komitələrə, ehtiyac olmadığı halda texniki və hüquqi məsələləri distant şəkildə müzakirə etməyi tapşırıb.

Koronavirusla əlaqədar parlamentin bütövlükdə distant iş rejiminə keçəcəyi də istisna edilmir.

Xəbər lenti

Çox oxunanlar