Xəzər Xəbər

Türkiyə S-400-dən imtina edə bilərmi? Ərdoğan

Dünya | 16:18 • 6 Mart 2020
Türkiyə S-400-dən imtina edə bilərmi?

S-400 zenit raket sistemləri artıq bizim əmlakımızdır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib.

"S-400 sistemləri ilə bağlı təlimlər davam edir. Demək olar ki, sistemləri tamamilə almışıq. Aprel ayından etibarən aktiv olacaq. Ötən gün Rusiya rəhbərliyinə də bildirdim ki, amerikalılara "bizə "Patriot” raket sistemlərini satmaq istəsəniz, alarıq” demişəm”, – Türkiyə lideri bildirib.

Qeyd edək ki, İdlibdə Suriya ordusunun Rusiyanın hava dəstəyi ilə hücumu və türk əsgərlərin şəhid olmasından sonra S-400-dən imtina məsələsi gündəmə gəlmişdi. Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın isə "Patriot”larla bağlı danışıqların davam etdiyini açıqlamışdı./axar.az

Xəbər lenti

Çox oxunanlar