Xəzər Xəbər

Baş nazirin olduğu mərasimdə atışma: 23 ölü, 33 yaralı

Dünya | 15:22 • 6 Mart 2020
Baş nazirin olduğu mərasimdə atışma:

Əfqanıstanın Kabil şəhərində mücahid lideri Abdulla əli Məzarinin anım gününə həsr edilmiş mərasimdə atışma baş verib.

Bu barədə 1TV kanalı məlumat yayıb.

Mərasimdə Əfqanıstan Baş naziri Abdulla Abdulla da olub.

İnsident zamanı baş nazir xəsarət almayıb və o, hadisə yerini tərk edib. Telekanalın məlumatına görə, hazırda güc strukturları ilə hücum edənlər arasında atışma davam edir.

Ölən və yaralananlarla bağlı məlumat verilmir.

***

Əfqanıstanın Kabil şəhərində baş verən atışma nəticəsində 23 nəfər ölüb, 33 nəfər isə yaralanıb.

Bu barədə Məhəmməd Əli Cinnə xəstəxanasından məlumat verilib.

axar.az

Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024