Xəzər Xəbər

Əfqanıstan Baş nazirinin iştirak etdiyi tədbirə silahlı hücumda 23 nəfər ölüb

Dünya | 14:23 • 6 Mart 2020
Əfqanıstan Baş nazirinin iştirak etdiyi tədbirə silahlı hücumda 23 nəfər ölüb

Əfqanıstanın paytaxtı Kabildə Baş nazirin olduğu tədbirə hücum zamanı 23 nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb.

Hücum zamanı bir müddət atışma qeydə alınıb.

Hadisə nəticəsində ölən və yaralananların sayının artması istisna olunmur.

Qeyd edək ki, Kabildə baş nazir Abdulla Abdullanın olduğu tədbirə hücum olub. Baş nazir hadisə yerindən uzaqlaşdırılıb və xəsarət almayıb.

Hücumla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

Xəbər lenti

Çox oxunanlar