Xəzər Xəbər

Yaponiya hökuməti 2011-ci il zəlzələsi qurbanlarının anım mərasimini ləğv edib

Dünya | 13:11 • 6 Mart 2020
Yaponiya hökuməti 2011-ci il zəlzələsi qurbanlarının anım mərasimini ləğv edib

Yaponiya hökuməti yeni koronavirusun yayılması təhlükəsi ilə bağlı 2011-ci il zəlzələsi qurbanlarının xatirəsinə həsr edilən anım mərasiminin ləğv olunması barədə qərar qəbul edib.


Bu barədə qərar Nazirlər Kabinetinin martın 6-da keçirilən iclasında qəbul olunub.


Xəbər verdiyimiz kimi, faciənin 9-cu ildönümünə həsr edilən anım mərasiminin martın 11-də keçirilməsi planlaşdırılırdı.

Xatırladaq ki, həmin vaxt baş vermiş təbii fəlakət və atom qəzası nəticəsində Yaponiyanın şimal-şərqində 20 mindən çox insan həlak olub.

Əlavə olaraq bildirilir ki, martın 11-də Nazirlər Kabinetində Baş Nazir Şinzo Abe daha az insanın iştirakı ilə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla anacaq. Həmin mərasimdə Baş Nazirin çıxış edəcəyi də qeyd edilir. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar