Xəzər Xəbər

Koronavirus təhlükəsi ilə bağlı Tacikistanda ərzaq mağazalarında və bazarlarda növbələr yaranıb

Dünya | 11:55 • 6 Mart 2020
Koronavirus təhlükəsi ilə bağlı Tacikistanda ərzaq mağazalarında və bazarlarda növbələr yaranıb

Tacikistanda koronavirusa yoluxma halı hələ ki, qeydə alınmayıb. Bununla belə koronavirus təhlükəsi ilə bağlı ölkənin şəhərlərindəki ərzaq mağazalarında və bazarlarda növbələr yaranıb, adamlar burada nə varsa alır.


AZƏRTAC Tacikistan mətbuatına istinadla xəbər verir ki, bununla bağlı ölkədə ərzaq mallarının qiyməti yüksəlib.


Tacikistan hökuməti əhaliyə çağırış edib ki, narahat olmağa əsas yoxdur, ölkədə iki illik ərzaq ehtiyatı var, əvvəlki qaydada xarici ölkələrdən də müxtəlif ərzaq məhsulları gətirilir.


Tacikistan Səhiyyə nazirinin müavini Şodixon Camşed jurnalistlərə deyib ki, bununla bağlı əhali arasında izahat işi aparılır, ölkədə ərzaq çatışmazlığı təhlükəsinin olmadığı bildirilir.


O deyib ki, hazırda Çin, Cənubi Koreya, İtaliya, İran və Əfqanıstandan gələn 1500 nəfər 14 günlük karantinə yerləşdirilib. Həmin insanlarda hələ ki, virus əlaməti aşkar olunmayıb.

Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024