Xəzər Xəbər

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu təxirə salınıb

Dünya | 11:29 • 6 Mart 2020
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu təxirə salınıb

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu bu il keçirilməyəcək.


Təşkilat komitəsi Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun yayılması ilə bağlı beynəlxalq səviyyəli fövqəladə vəziyyət elan etməsi ilə əlaqədar 2020-ci ildə forumun keçirilməsini təxirə salmaq qərarına gəlib. Təşkilat Komitəsinin sədri Andrey Belousov jurnalistlərə bildirib ki, Rusiya vətəndaşlarının, forumun qonaqlarının və iştirakçılarının sağlamlığının mühafizəsi məqsədilə tədbiri bu il keçirməmək qərara alınıb.


Qeyd edək ki, Sankt-Peterburq İqtisadi Forumu irimiqyaslı beynəlxalq forumdur. Ənənəyə görə, tədbirdə hər il Rusiya Prezidenti Vladimir Putin iştirak edir. Builki forum iyunun 3-6-da keçirilməli idi.

Artıq bir neçə ildir ki, forumun işinə Azərbaycandan böyük nümayəndə heyəti qatılır. Ötənilki forum çərçivəsində təşkil olunmuş dünyanın aparıcı xəbər agentlikləri rəhbərlərinin Sammitində AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov da iştirak etmişdi. (AZƏRTAC)


Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024