Xəzər Xəbər

İtaliyada koronavirus qurbanlarının sayı 148 nəfərə çatıb

Dünya | 09:59 • 6 Mart 2020
İtaliyada koronavirus qurbanlarının sayı 148 nəfərə çatıb

İtaliyada koronavirusun yeni növündən ölənlərin sayı 148 nəfərə çatıb, 3286 nəfər isə bu virusun daşıyıcısıdır.


Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli açıqlamasında deyib.


"Əvvəlcə sağalanlardan danışın: Bu gün onların sayı 138 nəfər çoxdur – ümumilikdə 414 nəfər. Ölənlərin sayı 41 nəfər artaraq 148 olub, onlar 66-94 yaşları arası insanlardır. Virusa bu günədək 3286 nəfər yoluxub”, - Borrelli belə deyib.


Borrelli, həmçinin bildirib ki, yoluxanların 10%-I intensive terapiya şöbəsinə yerləşdirilib.


Ölkədə virusun yayılmasının episentri Lombardiya və Veneto hesab olunur. Hökumət martın 15-dək ölkədə bütün təhsil müəssisələrinin bağlanmasına qərar verib.

Xəbər lenti

Çox oxunanlar