Xəzər Xəbər

Dünyanın gözlədiyi görüş başa çatdı - Ərdoğan və Putindən ilk açıqlamalar

Dünya | 19:07 • 5 Mart 2020
Dünyanın gözlədiyi görüş başa çatdı - Ərdoğan və Putindən ilk açıqlamalar

Türkiyə və Rusiya prezidentlərinin görüşü başa çatıb.

2 saat 40 dəqiqə davam edən görüş təkbətək formatda keçib.

***

Moskvada Türkiyə və Rusiya prezidentlərinin görüşü başlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya rəhbəri Vladimir Putin təkbətək görüşdən öncə mediaya açıqlama veriblər.

Ərdoğan bildirib ki, görüş İdlib böhranı ilə bağlıdır: "Bölgədə problem böyükdür. Bu gün burada atacağımız addım, verəcəyimiz qərarlar bölgənin də, ölkələrimizin də xeyrinə olacaq. Türkiyə-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğu dövrdə yaşayırıq”.

Putin isə Suriyada şəhid olan türk əsgərlərinə görə Ərdoğana başsağlığı verib.

"Əvvəl dediyim kimi, Suriya əsgərləri də daxil olmaqla heç kim orada türk əsgərlərinin olduğunu bilmirdi. Suriya ordusunun ciddi itkiləri var. Bu hadisələrin təkrarlanmaması, hər ikimizin də önəm verdiyi Türkiyə-Rusiya münasibətlərinin zərər görməməsi üçün bütün məsələləri müzakirə etməyimizə ehtiyac var”, - Rusiya Prezidenti bildirib.

Xəbər lenti