Xəzər Xəbər

İndi də Avropa düşünsün: Türkiyə yüzlərlə xüsusi təyinatlını Qərbə göndərir - Nazir açıqladı

Dünya | 16:05 • 5 Mart 2020
İndi də Avropa düşünsün:

Türkiyə ordusunun min xüsusi təyinatlı polisi Türkiyə-Yunanıstan sərhədinə göndərilir.

Bunu Daxili İşlər naziri Süleyman Soylu Ədirnə valiliyində təşkil edilən toplantıda açıqlayıb.

Havadan aparılan analizlərin başa çatdığını bildirən nazir yunan polisinin nəzarət-keçid məntəqələrindəki miqrantlara qarşı zorakılığının qarşısının güc vasitəsilə alınacağını qeyd edib.

"Yunanıstan sinifdə qaldı. 164 nəfəri yaralayıblar. 3 nəfərin ölümünə səbəb olublar. 4 min 9 yüz qaçqını Türkiyəyə geri qaytarmaq istədilər. Amma ötən il 7 min 3 yüz FETÖ-çünü sevə-sevə qəbul etdilər”./publika.az

Xəbər lenti

Çox oxunanlar