Xəzər Xəbər

ABŞ-dan Xəlifə Haftara zərbə: Cəzalandırılacaq

Dünya | 15:54 • 5 Mart 2020
ABŞ-dan Xəlifə Haftara zərbə:

"ABŞ Liviyanın təhlükəsizliyini təhdid edən qüvvələri cəzalandırmaq üçün BMT-nin tanıdığı Milli Birlik Hökuməti ilə əməkdaşlıq edəcək”.

ABŞ-ın Tripoli səfirliyinin internet səhifəsində belə açıqlama verilib. Bildirilib ki, amerikalı diplomatlar Liviya Birlik hökuməti ilə bir araya gələrək, mərkəzi hökumətə dəstək ifadə ediblər.

Qeyd edək ki, Liviyada general Xəlifə Haftarın rəhbərliyindəki qüvvələrlə Milli Birlik Hökuməti arasında şiddətli toqquşmalar davam edir./publika.az

Xəbər lenti

Çox oxunanlar