Xəzər Xəbər

Çin Aİ-dən kömək istədi

Dünya | 18:34 • 1 Fevral 2020
Çin Aİ-dən kömək istədi

Çinin Baş naziri koronavirusla mübarizə aprdılqarı üçün Avropa İttifaqı (Aİ) ölkələrindən tibbi ləvazimatlar mövzusunda kömək istəyib.

Li Kıçiang Aİ Komissiyasının sədri Ursula von der Leyen ilə telefon danışığı zamanı ölkəsində koronavirus xəstəliyinə qarşı mübarizə mövzusuna toxunub.

Ölkələrində koronavirus epidemiyası ilə mübarizə və Çin xalqının həyatının normallaşması üzərində dayandıqlarını ifadə edən Li bildirib ki, hazırda baş vermiş xəstəliklərlə mübarizədə səhiyyə işçiləri ehtiyac duyduğu tibbi avadanlıqlarla təmin olunur.

Von der Leyen AB-nin Çinin epidemiya ilə mübarizədə gördüyü tədbirlərdən xəbərdar olduğunu və qayğı göstərdiyini, Çin hökumətinə bütün mümkün qaynaqları təmin edəcəklərini və Aİ-yə üzv dövlətlərin Çinə tibbi ləvazimatlarla bağlı lazımi köməyin göstəriləcəyini vurğulayıb./Publika.az

Xəbər lenti

Çox oxunanlar