Xəzər Xəbər

Bu ölkədə "Uber"ə qadağa qoyuldu

Dünya | 18:21 • 1 Fevral 2020
Bu ölkədə "Uber"ə qadağa qoyuldu

Dünyadakı telefon tətbiqetmələri üzərində özəl nəqliyyat xidməti göstərən "Uber" Kolumbiya Sənaye Məhkəməsinin qərarından sonra ölkədəki fəaliyyətinə son qoyub.

XəzərXəbər xəbər verir ki, ölkədəki şirkətlərdən biri olan "Cotech" "Uber"i ədalətsiz rəqabətdə ittiham edib.

Kolumbiya Nəqliyyat Nazirliyinin ölkəyə girməsindən bəri qanunsuz hesab etdiyi "Uber" və Kolumbiya səlahiyyətliləri əvvəlcədən sürücülərin sığortası və ya vergi ödəmək kimi şərtlərlə bağlı danışıqlar aparsalar da, ancaq razılıq əldə edilməyib. Fevralın 1-dən məhkəmə qərarı ilə Kolumbiyada 88 min sürücünün istifadə etdiyi"Uber", "Uber X" və "Uber VAN" fəaliyyətini dayandırıb.

Qeyd edək ki, "Uber" qərarı "özbaşına" adlandırsa da, ölkəni tərk edəcəyini açıqlayıb.

Xəbər lenti

Çox oxunanlar