Xəzər Xəbər

ABŞ-da başqa bir epidemiya: 8 mindən çox ölü, 15 min…

Dünya | 16:04 • 1 Fevral 2020
ABŞ-da başqa bir epidemiya:

ABŞ vətəndaşları qrip epidemiyasının yüksək intensivliyindən narahat olmağa başlayıb.

2019-2020 mövsümündə ölkədə 8.2 min insan bu xəstəlikdən həyatını itirib.

NIAID-ə (Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu) görə, bu qrip mövsümü son 10 ilin ən çətin dövrlərindən biri olacaq.

2019-cu ilin oktyabr ayından bəri ən az 140 min insanın virusun fəsadları ilə xəstəxanaya yerləşdirildiyi və virusun aktivliyinin artması ilə bu sayın artacağı proqnozlaşdırılır.

Bu mövsüm ABŞ-da 15 milyon insan qripə yoluxub./teleqraf

Xəbər lenti

Çox oxunanlar