Xəzər Xəbər

Bu ölkə Çində olmuş hər kəsə qapılarını bağladı

Dünya | 15:46 • 1 Fevral 2020
Bu ölkə Çində olmuş hər kəsə qapılarını bağladı

Qvatemala ölkə ərazisində sanitar həyəcan elan edib.

Qərara əsasən, yanvarın ortalarından sonra Çinə səfər edən bütün şəxslərin ölkəyə girişi qadağan edilib.

Sanitar həyəcan siqnalı həm hava, həm dəniz limanlarına, həm də sərhəd-keçid məntəqələrinə çatdırılıb.

Çin ərazisindən bütün reyslər də qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Qeyd edək ki, Çində tüğyan edən koronavirus səbəbindən indiyə qədər 213 nəfər dünyasını dəyişib, 10 minə yaxın şəxs bu virusa yoluxub. Dünyanın 20 ölkəsində 10 nəfərdə də bu virus tapılıb./axar.az

Xəbər lenti