Çin Ukrayna xalqına fayda verməyən işlər görür.
Bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
"Bizim bura (Ukraynaya) gəlmək və investisiya qoymaq istəyən amerikalı biznesmenlərimiz var. Biz əmin olmalıyıq ki, onlara burada imkan var. Çinin gəlişi ilə bağlı çətinliklər mövcuddur. Onlar Ukrayna xalqına fayda verməyən işlərlə məşğuldur”, - deyə Pompeo bildirib.
Qeyd edək ki, ötən gün Kiyevdə Pompeo və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş baş tutub./axar.az