Avropa Birliyinin Rusiyaya münasibətdə siyasəti Breksitdən sonra yumşalmayacaq.
Bunu Almaniya üçün Alternativ Partiyasından olan deputat Anton Frizen deyib.
"Mən Rusiyaya münasibətin dəyişəcəyini düşünmürəm. Ona görə ki, əsas lazımlı olan ölkələr Baltikyanı dövlətlər və Polşa hələ də AB üzvü olaraq qalırlar. Onların AB-yə üzvlüyü sayəsində mən düşünürəm ki, Rusiyaya qarşı daha skeptik və daha düşmən xarakterli münasibət başlayıb”, – deyə o bildirib./axar.az