Avropa Birliyinin tərkibindən çıxmaq Britaniyaya 170 milyard dollara başa gəlib.
Bunu "Seqodnya” saytına açıqlamasında ukraynalı iqtisadçı Anna Şelest deyib. Onun sözlərinə görə, Breksit gələcəkdə krallığın bank sisteminə çox güclü zərbə endirə və funt sterlinqə ağır zərbə vura bilər:
"Biz artıq funtun kursunun necə düşdüyünü görmüşük. Bank sistemlərinin itkisi milyardlarla dollardır və heç kim 31 yanvardan sonra nə olacağını proqnozlaşdıra bilməz.
Britaniya özünə lazım olan malların, özəlliklə də ərzağın böyük əksəriyyətini Avropadan almır. Britaniya bunu AB-nin üçüncü ölkələrlə olan azad ticarət zonaları hesabına əldə edir”./axar.az