Fransanın Baş naziri Eduard Filipp bələdiyyə seçkilərində namizədliyini irəli sürüb.
Hökumət başçısı Havr şəhərinin bələdiyyə sədri postu uğrunda mübarizə aparacaq. Yerli mənblərin məlumatına görə, ölkədəki etirazlar Eduardın imicinə zərbə vurduğundan onun bələdiyyə seçkilərində ciddi uğur qazanacağı inandırıcı deyil.
Qeyd edək ki, Fransada bələdiyyə seçkiləri mart ayında təşkil ediləcək. Eduard Filipp 2010-2017-ci illərdə Havr şəhərində bələdiyyə sədri işləyib./publika.az