Xəzər Xəbər

İran Çinlə əlaqələrini dayandırdı

Dünya | 12:49 • 1 Fevral 2020
İran Çinlə əlaqələrini dayandırdı

İran koronavirusun yayılmasının qarşısını alamaq məqsədilə Çinlə aviareysləri dayandırıb.

İran dövlət televiziyasına danışan Səhiyyə naziri Səid Nəməki bildirib ki, hökumətin virusla mübarizə ilə bağlı fövqəladə iclası keçirilib və bu batrədə qərar qəbul edilib.

İranda koronavirusun aşkarlanmadığını bildirən nazir bu virusun mənbəyi sayılan Vuhan şəhərində olan 70-dən çox İran vətəndaşının gələn həftə ölkəyə təxliyə ediləcəyini və onların karantində saxlanılacağını deyib./publika.az

Xəbər lenti