İsveçdə Çinin Vuhan şəhərinə səyahət edən qadına koronavirus diaqnozu qoyulub.
Çindən qayıdan qadın xəstəxanaya müraciət edib. İsveç Xalq Sağlamlığı Agentliyi onda koronavirus aşkarlayıb və onu xəstəxanada karantində saxlayıb.
Qadının vəziyyəti ilə bağlı açıqlama verən bir səlahiyyətli "Hazırda digər ölkələrdəki araşdırmaları nəzərdən keçirərək virusun yayılma riskini qiymətləndiririk", - deyə bildirib.
Qeyd edək ki, virus Çindən sonra 25 ölkəyə yayılıb./Publika.az