Fransanın "Pasteur” univeristetinin alimləri koronavirusa qarşı vaksin hazırlamaq üçün fəaliyyətlərini davam etdirir.
XəzərXəbər Anadolu agentliyinə istinadən xəbər verir ki, elm adamları virusa qarşı vaksinin ən tez 20 ay ərzində hazırlanacağını açıqlayıb. Vaksin əvvəlcə heyvanlar üzərində sınaqdan keçiriləcək.
Qeyd edək ki, 20-yə qədər ölkəyə yayılan virus, Çində 200-dən çox insanın həyatına son qoyub. Minlərlə insan virusa yoluxub.