Çində koronavirusa yoluxanların və ölənlərin sayı artıb.
Xarici KİV xəbər verir ki, yeni pnevmaniyadan dünyasını dəyişənlərin sayı 259, virusa yoluxanların sayı isə 11,1 min nəfərə çatıb.
Virus ən çox Hubey əyalətində yayılıb. Burada 7,1 min nəfər koronavirusa yoluxub, daha 249 nəfər ölüb.
Virusun yayıldığı vilayətlər arasında həmçinin Çjeçzyan (537 nəfər), Quandun (436 nəfər), Xenan (352 yoluxma və 2 ölüm) əyalətlərinin adları var./publika.az