Avropa Birliyi dünyanı cənginə alan koronavirusla mübarizə aparmaq üçün 10 milyon avro ayırıb.
BBC xəbər verir ki, bu barədə Avropa İttifaqından yazılı açıqlama verilib. Bildirilib ki, vəsait virusun xüsusiyyətlərinin daha dərindən öyrənilməsinə və onunla mübarizə aparılmasının yollarının müəyyən edilməsinə sərf olunacaq.
Qeyd edək ki, 20-yə qədər ölkəyə yayılan virus, Çində 200-dən çox insanın həyatına son qoyub. Minlərlə insan virusa yoluxub./publika.az