"Əl-Qaida”nın Ərəbistan yarımadasındakı lideri Qasim ar-Raymi Birləşmiş Ştatların Yəmənə endirdiyi hava zərbələri zamanı öldürülüb.
Bu barədə "The New York Times" qəzeti məlumat yayıb. Bildirilib ki, ABŞ bir neçə ay ərzində ar-Rayminin olduğu yeri müəyyənləşdirib. 2019-cu ilin noyabrında Mərkəzi Kəşfiyyat İdarəsi Yəməndə informatordan terrorçunun olduğu yeri haqqında məlumatlar alıb. Bundan sonra Amerika kəşfiyyatı onu pilotsuz təyyarələrin köməyi ilə axtarıb. ABŞ yanvarda Yəmənin ərazisinə zərbə endirib.
ABŞ-ın rəsmi şəxsləri bu informasiya ilə bağlı əlavə təsdiqləri aldıqdan sonra ar-Rayminin məhv edilməsini elan edəcəklər./publika.az