Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin iclası Tbilisidə keçirilməyə bilər.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Rusiyanın "Kommersant” nəşri Gürcüstan hakimiyyətindəki mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, may ayında Tbilisidə keçirilməsi planlaşdırılan iclas Strasburqda keçirilə bilər.
Qeyd olunub ki, Tbilisiyə səfər edəcək Rusiya nümayəndə heyətinə Xarici İşlər naziri Sergey Lavrovun rəhbərlik etməsi ehtimalı var ki, bu, Gürcüstanda etirazlara səbəb ola bilər.
Xatırladaq ki, bu ilin may ayında Gürcüstanda Avropa Şurası Nazirlər Komitəsinin iclası keçiriləcək.
Avropa Şurası Nazirlər Komitəsinə sədrlik ötən ilin noyabrın 27-dən etibarən 6 ay müddətinə (2020-ci il mayın 15-dək) Gürcüstana keçib. Sədrliyi dövründə Gürcüstanda Avropa Şurasının ümumilikdə 20-dək tədbirinin keçirilməsi planlaşdırılır.