ABŞ-ın İranın Atom Enerjisi Təşkilatına və onun rəhbəri Əli Əkbər Salehiyə tətbiq etdiyi sanksiyalar rəsmi Tehranın nüvə proqramına heç bir təsir göstərə bilməz.
AZƏRTAC xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi deyib.
O bildirib ki, Ə.Ə.Salehi tanınmış alim və təcrübəli siyasi xadimdir. ABŞ-ı narahat edən onun dünyadakı nüfuzudur.
Onun sözlərinə görə, İranın Atom Enerjisi Təşkilatına və onun rəhbərinə tətbiq edilən sanksiyalar ABŞ-ın əlacsızlığını və onun Tehran siyasətinin dalana dirəndiyini göstərir.
A.Müsəvi bildirib ki, İran nüvə proqramı ilə əlaqədar nəzərdə tutduğu işləri davam etdirəcək. Heç bir sanksiya İranı öz yolundan döndərə bilməz.