Kreml Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyanın Suriya üzrə Soçi razılaşmasını icra etməməsi ilə bağlı ittihamlarını təkzib edir, əksinə, Rusiya bütün öhdəliklərini icra edir.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, İdlibdəki situasiyanın dərin narahatlıq yaratdığını bildirib:
"Biz bununla razı deyilik. Rusiya İdlib zonasına münasibətdə Soçi razılaşmasının bütün öhdəliklərini tam icra edir”./axar.az