Xəzər Xəbər

Rusiya FHN xəbərdarlıq etdi – 45 dərəcə şaxta

Dünya | 14:50 • 31 Yanvar 2020
Rusiya FHN xəbərdarlıq etdi

Rusiya Fövqəladə Hallar Nazirliyi Zabaykalye sakinlərinə havanın -45 °C-yə qədər soyuyacağına dair xəbərdarlıq edib.

Bu barədə Rusiya FHN-in Zabaykalye diyarı üzrə mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əlverişsiz hava şəraiti fevralın 3-dən 6-dək davam edəcək. Bu müddət ərzində havanın temperaturu -39 °C-yə, bölgənin şimalında isə -45 °C-yə qədər enəcək.

Bundan öncə gələn həftə Moskvada gecə saatlarında havanın temperaturunun -13 °C-yə enəcəyi bildirilmişdi./teleqraf

Xəbər lenti

Çox oxunanlar