Böyük Britaniyada koronavirusa (2019-nCoV virusu) yoluxma halı qeydə alınıb.
Bu barədə Böyük Britaniyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Səhiyyə Nazirliyinin İngiltərə departamentinin rəsmisi Kris Vitti bildirib ki, virusa yoluxanlar iki nəfərdir və onlar bir ailənin üzvləridir.
K. Vitti bildirib ki, xəstələr hazırda nəzarət altındadır və sınaqdan keçirilmiş infeksiyaya nəzarət prosedurlarından istifadə edilir.
"Virusun yayılmasının qarşısını almaq üçün xəstələrin əlaqədə olduqları şəxsləri müəyyənləşdirmək üçün sürətlə çalışırıq", - deyə o bildirib.