Xəzər Xəbər

Məscidə silahlı basqın 10 nəfər yaralandı, həbslər var

Dünya | 14:24 • 31 Yanvar 2020
Məscidə silahlı basqın

İsrail polisi Şərqi Qüdsdə yerləşən "Məscidi Aksa”ya əməliyyat təşkil edib.

Sübh namazından sonra keçirilən əməliyyat zamanı10 nəfər yaralanıb, 3 şəxs həbs edilib.

Qüds İslam Vəqfindən adının açıqlanmasını istəməyən bir nümayəndənin "Anadolu” agentliyinə verdiyi açıqlamaya görə, məsciddə polislə müsəlmanlar arasında insident olub. Bundan sonra polis atəş açıb.

İsrail polisindən verilən açıqlamada müsəlmanların namazdan sonra müəyyən şüarlar səsləndirdiyi, polisin isə asayişi təmin etmək üçün atəş açdığı vurğulanıb./publika.az

Xəbər lenti

Çox oxunanlar