Əksər ölkələr koronavirus səbəbindən Çindəki vətəndaşlarını təxliyə etməyə çalışdığı zaman Pakistan elan edib ki, bu ölkədə olan vətəndaşlarını təxliyə etməyəcək.
Rəsmi İslamabad Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi səbəbilə Çindəki vətəndaşlarını təxliyə etməyəcəyini bildirib.
Baş nazirin səhiyyə məsələləri üzrə müşaviri, doktor Zəfər Mirzə bildirib ki, bu qərar bölgənin və Çinin xeyrinədir. ÜST və Çinin tətbiq etdiyi siyasət bizim də siyasətimizdir. Bütün dəstəyimizlə Çinin yanındayıq”.
Çinin koronavirusun öhdəsindən gələ biləcəyinə inandığını deyən Zəfər Mirzə əlavə edib ki, oradakı insanları təxliyə etməyə başlasalar ,virus bütün dünyaya yayılacaq./teleqraf