Rusiyanın ən böyük ovçuluq və atçılıq klubunun əslində böyük bir mafiya təşkilatı olduğu üzə çıxıb.
Faktın üstü Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçirdiyi əməliyyat nəticəsində açılıb.
Klubun içində öz adamlarını yerləşdirən kəşfiyyat fəaliyyətini təqib etdiyi rus mafiyasının liderlərinin son olaraq Kaluqada bir poliqonda olduğunu təsbit edib. Gizli kameralarla izlənilən mafiya liderlərinin yerləşdiyi məntəqələrə basqın olunub.
Kluba qarşı adam oğurluğu, təhdid, şantaj kimi ittihamlar irəli sürülüb.
Kulubun ölkədəki bütün ofislərində basqın edilib. Əməliyyatlar nəticəsində çoxlu sayda mafiya üzvü saxlanılıb, 200 avtomat ələ keçirilib.
Axtarışlar davam edir./Teleqraf