Yunanıstanın Saloniki şəhərində 62 yaşlı kişi koronavirus şübhəsi ilə nəzarət altına alınıb.
Bu barədə Yunanıstan mediası məlumat yayıb. Sözügedən hadisə barədə danışan AHEPA xəstəxanasının müdiri Panayotis Panteliadis şübhəli şəxsdə koronavirusa bənzər simptomların olduğunu söyləyib.
Panteliadis nəticələrin sabah açıqlanacağını bildirib.
Qeyd edək ki, xəstəxanada karantin şəraitində saxlanılan şəxs bir müddət öncə Çinin Uhan şəhərində səfərdə olub./axar.az