Xəzər Xəbər

Konqres Trampa müharibə üçün şans tanımadı

Dünya | 12:55 • 31 Yanvar 2020
Konqres Trampa müharibə üçün şans tanımadı

ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın İrana qarşı hərbi fəaliyyət aparmasını məhdudlaşdıran iki qanun layihəsini qəbul edib.

İlk qəbul edilən qanun layihəsi İrana qarşı hərbi fəaliyyətlərlə bağlı hərbi büdcənin maliyyələşdirilməsinin dayandırılması olub. Qanun layihəsinin lehinə 228 demokrat, 4 respublikaçı konqresmen səs verib.

Nümayəndələr Palatası həmçinin prezidentə 2002-ci ildə İranda terrorçulara qarşı hərbi gücün tətbiqinə verilən icazəni ləğv edib. Bu qanun layihəsinə həmçinin 236 demokrat, 11 respublikaçı konqresmen səs verib.

Qeyd edək ki, Tramp bundan öncə adı çəkilən qanun layihələrinə veto qoyacağını bəyan etmişdi./axar.az

Xəbər lenti