Xəzər Xəbər

Dünya ŞOKDA: daha bir epidemiya yayıldı

Dünya | 11:18 • 31 Yanvar 2020
Dünya ŞOKDA:

Dünya diqqətini Çindəki "Vuhan” virusuna yönəltmişkən daha bir epidemiya ortaya çıxıb.

Kolumbiyada bilinməyən səbəbdən 6 gündə 6 uşaq dünyasını dəyişib.

Kolumbiya Səhiyyə Nazirliyi ölkənin şimal-qərbindəki Çok əyalətinin Baco Baud bölgəsində 60 nəfərin eyni səbəbdən xəstələndiyini açıqlayıb.

Kolumbiya Vounaan Xalq Avtoritariyası Şurasının (Woundeko) qanuni təmsilçisi Orlando Moya yerli qəzetə verdiyi açıqlamada epidemiyanın 10 yaşdan kiçik uşaqlarda qızdırma, qusma və ishala səbəb olduğunu deyib: "Uşaqlar ölür. Sonuncusu dünən günorta həyatla vidalaşdı. Kimsə bunun səbəbini açıqlamır”.

Çokun Səhiyyə naziri Tirso Murillo epidemiyanın qaynağının tapılmadığını deyib və təmiz su çatışmazlığından yaranan ishal epidemiyası ola biləcəyi ehtimalını dilə gətirib.

Qeyd edək ki, sosial mediada ABŞ-da da ötən ilin oktyabr ayından səbəbi bilinməyən epidemiyanın yayıldığı, 6 min insanın qrip virusuna bənzər xəstəlikdən dünyasını dəyişdiyi iddiaları yayılıb.

publika.az

Xəbər lenti

Çox oxunanlar