"İdlibdən 700 min insan Türkiyə sərhədinə doğru hərəkət edir. Bu beynəlxalq böhran yaradar”.
Bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri deyib.
Qeyd edək ki, Əsəd rejimi və Rusiya son 3 gündə İdlibə 200 aviazərbə endirib.
"Anadolu” agentliyi bu gün baş tutan hava hücumlarında İdlibdəki bir xəstəxananın hədəf alındığını və 10 nəfərin həlak olduğunu yazıb.
Xatırladaq ki, Türkiyə və Rusiya arasında imzalanan Soçi memorandumuna rəğmən, rejimin müxaliflərə hücumları davam edir. 2019-cu ilin əvvəlindən bu günə qədər 1 milyon 300 minə yaxın insan Türkiyə sərhədinə doğru hərəkət edib. Bombardmanlarda 1600-dən çox dinc sakin həlak olub./publika.az