Xəzər Xəbər

ABŞ-dan İrana NÖVBƏTİ ŞOK

Dünya | 10:23 • 31 Yanvar 2020
ABŞ-dan İrana

ABŞ hökuməti İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, sanksiyalar İranın Atom Enerjisi Təşkilatına və onun rəhbəri Əli Əkbər Salihiyə tətbiq edilib. Qərarə əsasən Salihinin bank hesabları bloklanıb. Onun ABŞ-a girişi qadağan edilib.

Qeyd edək ki, İranın ABŞ-ın İraqdakı bazalarına endirdiyi raket zərbələrindən sonra tərəflər arasında gərginlik artıb. ABŞ son 1 ay ərzində İrana qarşı sanksiyaları iki dəfə genişləndirib./publika.az

Xəbər lenti

Çox oxunanlar