İran ölkədəki iğtişaşlara görə ABŞ-dan 130 milyard dollar tələb etmək istəyir.
Bunu İran məhkəmə hakimiyyətinin rəsmi nümayəndəsi Qulamhüseyn İsmaili deyib. Onun sözlərinə görə, bununla bağlı artıq İran vətəndaşları şikayət ediblər və ABŞ-ın fəaliyyətindən onlara birbaşa zərər dəydiyini bildirib:
"Bu vaxta qədər ABŞ hakimiyyətinə qarşı 360 iş və şikayətə baxılıb. Ümumilikdə İran məhkəmələri ABŞ-dan 130 milyard dolların alınmasını tələb edən qətnamələr çıxarıb”./axar.az