"NATO ölkələri Rusiyadan gələn böyük bir kiber təhlükəni qarşılaşmağa hazır olmalıdır”.
Bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib.
Pompeo Rusiyanın SSRİ qədər təhlükəli olduğunu bildirib: "Sovet İttifaqı ilə mübarizə üçün NATO yaradıldı. Sovet İttifaqı dağıldı, amma Rusiya qalır. Rusiyadan gələn təhdidin xarakteri də dəyişib, indi kiber sferada çox böyük bir gücə sahibdir. NATO-nun bu problemlə üzləşməyə hazır olduğundan əmin olmalıyıq”.
Dövlət katibi Rusiya ilə yanaşı, Çinin də müttəfiqlər üçün ciddi problemlər yaratdığını vurğulayıb:
"NATO üçün Çin də böyük bir təhlükədir, NATO sistemləri, rabitə kanalları və texnologiyalarına gizli şəkildə hücum etməyə çalışır. NATO bu hücumlara hazır olmalıdır”./teleqraf