Xəzər Xəbər

“Vaxt çatdı…” – Türkiyə yeni hücum qarşısında

Dünya | 12:02 • 3 Dekabr 2019
“Vaxt çatdı…”

Amerikalı konqresmenlər Kris Van Hollen (demokrat) və Lindsey Qaraham (respublikaçı) dövlət katibi Mayk Pompeoya məktub yazaraq, təcili olaraq Türkiyəyə sərtləşdirilmiş sanksiyaların tətbiq olunmasını tələb edib.

Konqresmenlər məktubda Türkiyəyə sanksiyaların tətbiq olunmamasının digər ölkələrə "qorxunc siqnal”ın verdiyini yazıb.

Pompeoya ünvananan məktubda qeyd edilib:

"Səbir tükəndi, sanksiya qanununu (CAATSA) tətbiq etməyin vaxtı çatdı. Bu addımı atmamaq, digər ölkələrin ABŞ-ın qanunlarını pozmaq istəqamətində qorxunc siqnal verir”.

Konqresin əksinə olaraq, Prezident Donald Tramp Rusiyadan "S-400” sistemləri alınması səbəbindən Türkiyəyə "ABŞ-ın Düşmənlərinə qarşı Sanksiyalarla Mübarizə Qanunu”nu (CAATSA) tətbiq etmək istəmir. Tramp bir neçə dəfə Ankaranın Rusiyadan bu hava hücumundan müdafiə sistemlərini almaq məcburiyyətində qaldığını, bundan isə sələfi Barak Obamanın məsuliyyət daşıdığını deyib./teleqraf

Xəbər lenti

Çox oxunanlar