Çinin paytaxtı Pekin şəhərinin şimal-şərqində zavodda partlayış baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 03:07-də baş verən partlayış nəticəsində 1 nəfər həlak olub, 2 nəfər isə itkin düşüb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Partlayışdan sonra başlayan yanğın söndürülüb.
Partlayışın səbəbi araşdırılır.