Türkiyənin Suriyada həyata keçirdiyi "Barış pınarı" əməliyyatı bölgəsində 1 türk əsgəri şəhid olub.
Milli Müdafiə Nazirliyinin xəbərində qeyd edilir ki, türk əsgəri antiterror əməliyyatı zamanı ağır yaralanıb. O, hospitala yerləşdirilsə də, yaralının həyatını xilas etmək mümkün olmayıb.
Əməliyyat zamanı terrorçulara aid hədəflər məhv edilib.
Türkiyə ordusunun İraqın şimalında apardığı "Pəncə-3" antiterror əməliyyatı zamanı PKK terrorçuları ilə atışmada daha 1 türk əsgəri şəhid olub, digəri yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib./publika.az