Ukrayna Rusiya qazını Avropaya ölkələrinə satılan və endirimsiz olan qiymətlərlə almağa hazırdır.
Bunu Ukraynanın Energetika və Ətraf Mühit naziri Aleksey Orjel brifinqdə bəyan edib.
Orjel bildirib ki, Rusiya ilə razılaşma əldə olunacağı təqdirdə qazın qiyməti "qeyri-siyasi” olacaq.
O deyib: "Bu, endirimli qiymət olmayacaq. Bu, Avropa indikatorları üzrə dəqiq qiymət olacaq”.
Orjel bildirib ki, arbitrajların qərarına görə, indiki mərhələdə söhbət Rusiya qazının kompensasiya olaraq alınmasından gedir.